“Sumqayıt – 70” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və N.Gəncəvi adına Kitabxana – klubun birgə təşkilatçılığı ilə “Üç şairlə bir görüş” adlı tədbir keçirilib. Tədbiri N.Gəncəvi adına Kitabxana- klubun müdiri Zərnigar Babayeva açaraq şəhərimizin 70 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Azərbaycan Raspubliksının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatla bağlı verdiyi sərəncamlardan və şəhərdə gedən irimiqyaslı abadlıq - quruculuq işlərindən söz açıb.Natiq qeyd edib ki, indi ölkəmizin hər yerində ölkə başçısının sərəncamlardan irəli gələn genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bunların ölkə rəhbərinin sənətə, sənət adamına,ədəbiyyata, sözə, söz adamlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Sumqayıt təmsilçisi, Məhluqə Xələfova görülən belə xeyirxah işlərin valideyinini itirmiş uşaqlqrın mənəvi cəhətdən inkişafında çox böyük rol oynağını vurğulayıb.
Sonra söz şairlərə verilib.AUB-nin üzbü olan hər üç şair- Mövlam Hüseynli,Məmmədyar Məmmədyarlı və Ruzigar Cəbisoy Çələbi həyat və yaradacılıqları haqqında məlumat verərək,yeni şeirlərni oxuyublar.
Kitabxana- klubun Baş kitabxanaçısı Səadət Allahverdiyeva iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki, Sumqayıtın 70 illiyi ərəfəsində keçirilən tədbirlər şəhərin yubileyinə bir tövhədir.